Texasda daşqınlar: ölənlər və itkin düşənlər var | VİDEO

   Texasda daşqınlar: ölənlər və itkin düşənlər var    | VİDEO
  05 İyul 2025    Oxunub:1215
ABŞ-nin Texas ştatında güclü daşqınlar nəticəsində ən azı 24 nəfər ölüb.
AzVision.az “BBC” telekanalına istinadən xəbər verir ki, qızların “Camp Mystic” yay düşərgəsində 23-25 nəfər itkin düşüb. İndiyədək 237 nəfər xilas olunub və ya təxliyə edilib.

Texasın qubernatoru Qreq Ebbott baş verənləri fəlakət adlandırıb və xilasedicilərə bütün lazımi resurslara çıxış imkanı verən fövqəladə vəziyyət elan edib. O, itkin düşənlərin axtarışlarının davam etdiriləcəyini bildirib. Hakimiyyət orqanları hava proqnozları belə böyük miqdarda yağıntının olacağını göstərmədiyini açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp daşqınları şokedici və dəhşətli adlandırıb. Müstəqillik Günü ilə bağlı tədbirlər bütün ştatda ləğv olunub.



Sahil İsgəndərov

AzVision.az


Teqlər: Texas   daşqınlar  



Xəbər lenti